Neftin qiyməti enir

22.08.2019,11:10


22 avqust, Fineko/abc.az. Əvvəlki sessiyanın yekunları üzrə müxtəlif istiqamətli dəyişiklikdən sonra cümə axşamı neftin qiyməti aşağı düşür.

Avqustun 20-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi $0,27 (0,45%) artaraq bir barelə $60,30  təşkil etmişdir. Çərşənbə günü “Brent”in  qiyməti saat 9:20-də  $0,20 (0,33%) enərək $60,10 /barelə təşkil edib.

NYMEX birjasında avqustun 20-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $0,45 (0,8%) enərək $55,68 təşkil etmişdir.  WTI markalı neftin qiyməti çərşənbə günü saat 9:20-də $0,17 (0,31%) enərək $55,51 / barelə təşkil etmişdir.