AZPROMO oktyabr ayında Azərbaycana alıcı missiyası təşkil edir

22.08.2019,16:40


22 avqust, Fineko/abc.az. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi (AZPROMO) bu ilin oktyabr ayında Rusiya, Gürcüstan, İran və Özbəkistan bazarında fəaliyyət göstərən şirkətlər üçün Azərbaycana alıcı missiyası təşkil edir.

"Alıcı missiyası 22-25 oktyabr tarixlərində keçiriləcək. Alıcı missiyasının əhatə etdiyi hədəf məhsullar tikinti materiallarıdır", - AZPROMO-nun məlumatında belə deyilir.

Alıcı missiyasında iştirak etmək istəyən şirkətlər sentyabrın 15-dək bütün lazımi sənədləri təqdim etməlidirlər.

Alıcı missiyaları Azərbaycanın qeyri-neft məhsullarının əldə edilməsi üçün təşkil edirlər. Alıcı missiyalarının tərkibinə yalnız 10 nəfər daxil ola bilər, onların ölkədə qalma müddəti isə altı gündən çox olmamalıdır.