Xarici təşkilatlar əsas kapitala 2 milyard manatdan çox vəsait yönəldiblər

23.08.2019,10:41


23 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-iyul aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 162,4 milyon manat vəsait yönəldilib.

Qeyd olunur ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1752,7 milyon manatı (81,1 %) Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, ABŞ, Yaponiya, Malayziya, Rusiya, İran və Norveç sərmayədarlarına məxsus olub.