Bakı-Sabunçu elektrik qatarlarının qrafikində dəyişiklik olacaq

23.08.2019,10:44


23 avqust, Fineko/abc.az. Avqustun 26-dan sentyabrın 15-dək Sabunçu dəmir yolu stansiyasının ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat verir.

Bildirilir ki, Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq. Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək.