330x110
 

ABŞ Almaniyanın məşhur bankını cərimələyib

23.08.2019,11:35


23 avqust, Fineko/abc.az. Almaniyanın məşhur "Deutsche Bankı" ABŞ hökumətinə külli miqdarda cərimə ödəyəcək.

Bu barədə məlumat yayan xarici KİV-i bildirir ki, bank ABŞ-a 16,2 milyon dollar verməyə razılaşıb. Məlumata görə, cərimənin ödənişi ABŞ-ın adıçəkilən bankı xaricdə korrupsiya haqqında qanununu pozmaqda ittihamı ilə əlaqədardır.

Yayılan məlumata görə, 2006-2014-cü illərdə bank Asiya-Sakit Okeanı ölkələri, həmçinin Rusiyadan olan vəzifəli şəxslərin qohumlarını öz məqsədlərinə çatmaq üçün onlara təsir etmək üçün işə götürüb.

Bu zaman vəzifələri şəxslərin qohumları adi namizədlərə qarşı sərt tələblər müəyyən edən seçim prosesindən kənar işə götürülüblər.