330x110
 

Cari ildə kənd təsərrüfatı məhsullarının istehsalı artıb

23.08.2019,16:32


23 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsaəsn, cari ilin yeddi ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 453,7 milyon manat təşkil edib ki, onun da 2 milyard 230,4 milyon manatı heyvandarlıq, 2 milyard 223,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Məlumatda qeyd olunur ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 6,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1 %, bitkiçilik məhsulları üzrə isə 9,5 % artıb.