“FINCA Azerbaijan”-ın ötən il əməliyyat zərəri yaranıb

23.08.2019,17:21


23 avqust, Fineko/abc.az. Ötən il “FINCA Azerbaijan” ehtimal olunan kredit zərərlərinin bərpası vəsaiti hesabına xərclərinin böyük hissəsini bağlayıb.

Belə ki, ehtiyatın 4 milyon 473 min manat azad olub. 4 milyon 631 min manatlıq cəmi qeyri-faiz xərcləri bu vəsait hesabına örtülüb.

Bu barədə adıçəkilən təşkilatın illik hesabatında qeyd olunub.  Hesabata əsasən, ötən il təşkilatın 158 min manat əməliyyat zərəri yaranıb. 300 min manatlıq mənfəət vergisi gəliri bu zərəri də bağlayıb. Nəticədə, təşkilat ili 142 min manat xalis mənfəət ilə başa vurub.

Qeyd edək ki, “FİNCA Azerbaijan” qeyri-bank kredit təşkilatı 2016-cı ildəki 23 milyon 894 min manat zərərdən sonra 2017-ci ili 6 milyon 131 min manat xalis mənfəətlə başa vurmuşdu. Həmin il də mənfəət təşkilatın biznes fəaliyyətindən qaynaqlanmamışdı.