Bu il Rusiyaya 423 mln. dollar dəyərində məhsul ixrac edilib

12:26 - 26.08.2019


26 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, cari ilin yeddi ayında Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib.

Qeyd olunur ki, Azərbaycanın yeddi ayda MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Türkmənistandır. Rusiyaya ixrac olunan məhsulların dəyəri 423 milyon 234 min dollar, Ukraynaya 270 milyon 31 min dollar, Türkmənistana isə 14 min 502 dollar təşkil edib.

Bütün xəbərlər