Neftin qiyməti düşəndən sonra bərpa olunur

10:52 - 27.08.2019


27 avqust, Fineko/abc.az. Neftin qiymətləri, öncəki sessiyada düşəndən sonra, çərşənbə axşamı günü yüksələrək, bərpa olunur.

Avqustun 26-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi $0,64 (1,08%) ucuzlaşaraq bir barelə $58,70 təşkil etmişdir. Çərşənbə axşamı günü “Brent”in  qiyməti saat 10:20-də  $0,20 (0,34%) artaraq $58,90 /barelə təşkil edib.

NYMEX birjasında avqustun 26-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $0,53 (0,98%) enərək $53,64 təşkil etmişdir.  WTI markalı neftin qiyməti Çərşənbə axşamı günü  saat 10:20-də $0,19 (0,35%) artaraq və $53,83 / barelə təşkil etmişdir.

 

Bütün xəbərlər