Mərkəzi Bank tenderlər keçirir

10:58 - 27.08.2019


27 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Elektron imza üzrə sertifikatlaşma sisteminin modernizasiyası, istismarda olan Maliyyə savadlığı portalının proqram platformasının dəstəklənməsi, istismarda olan Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının dəstəklənməsi üzrə açıq tenderlər elan edir.

Elanda qeyd olunur ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün  sənədləri 11.09.2019 18:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini isə 24.09.2019 11:59 tarixinə qədər https://www.etender.gov.az/  portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 24.09.2019 12:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

Bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılacaq.

 

 

Bütün xəbərlər