Daxili bazar araşdırmalarına görə 20 min manat məbləğində dəstək veriləcək

15:02 - 28.08.2019


28 avqust, Fineko/abc.az. Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərindən müraciətlərin qəbuluna başlanılıb.

Bu məqsədlə avqustun 28-də KOBİA-da yerli və xarici hüquqi və fiziki şəxslərin daxili bazar araşdırmaları ilə bağlı məlumatlandırılması üçün tədbir keçirilib.

Diqqətə çatdırılıb ki, daxili bazar araşdırmalarının hazırlanması üçün yerli və xarici hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar), o cümlədən universitetlər, institutlar, xüsusi araşdırma və təhlil mərkəzləri, məsləhətçi şirkətlər cəlb ediləcəkdir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik  sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin isə 50%-i dövlət tərəfindən qarşılanacaq. Ümumilikdə isə hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 min manata qədər olacaqdır.

 

Bütün xəbərlər