AZPROMO iş adamlarına müraciət edib

15:03 - 28.08.2019


28 avqust, Fineko/abc.az. Cari ilin oktyabrın 9-11-də Çin Xalq Respublikasının Çindao şəhərində “Kiçik və Orta Müəssisələrin Tədarükü və Əməkdaşlığı üzrə Çindao Beynəlxalq Sərgisi” keçiriləcək. 

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat verib.

AZPROMO azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamlarını sərgidə iştiraka dəvət edir.

 

Bütün xəbərlər