Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəqliyyat vasitələrinin alınması üzrə tender keçirir

16:36 - 28.08.2019


28 avqust, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi yolsuzluq şəraitində hərəkət edə bilən 28-30 yerlik avtobusların, yüksək keçicilik qabiliyyətli 5 yerlik yük-sərnişin avtomobillərinin və yüksək keçicilik qabiliyyətli 5 yerlik minik avtomobillərinin satın alınması üzrə tender elan edir.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 19.09.2019 17:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini isə 26.09.2019 13:31 tarixinə qədər https://www.etender.gov.az   portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 27.09.2019 14:00 tarixində açılacaqdır.

Bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılacaq.

 

Bütün xəbərlər