FED: “Sentyabrda faiz endirimi ola bilər”

11:00 - 29.08.2019


29 avqust, Fineko/abc.az. FED (Federal Reserve Bank) sentyabr ayında yenidən faiz endirimi edə bilər.

Xarici KİV-lərin yaydığı məlumata görə, bunu FED-in San Francisko şəhəri üzrə sədri Mary Daly deyib. Onun sözlərinə görə, son zamanlar ABŞ iqtisadiyyatında yaranmış problemlər faiz endiriminə şərait yaradır.

Ekspertlər bu açıqlamadan sonra gələn ay faizlərin enəcəyinin qaçılmaz olduğunu dilə gətiriblər.

 

Bütün xəbərlər