Maliyyə Nazirliyi bir neçə tender elan edir

11:54 - 29.08.2019


29 avqust, Fineko/abc.az. Maliyyə Nazirliyinin Aparatının balansında olan xidməti nəqliyyat vasitələrinin təmiri və onlara ehtiyat hissələrinin, nazirliyə kompüter, printer, sürətçıxran, skaner avadanlıqları, mövcud audio və video müşahidə sistemi və bir sıra server avadanlıqları üçün ehtiyat hissələrinin, yeni məlumat bazası və server lisenziyalarının, eləcə də təhlükəsizlik proqram təminatının , nazirliyin istifadəsində olan bir sıra proqram təminatı lisenziyalarının və mövcud sistemlərə quraşdırılmış virtualizasiya lisenziyalarının müddətlərinin uzadılması, həmçinin illik texniki dəstək xidmətlərinin satınalınması üzrə tenderlər keçirir.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün  sənədləri 20.09.2019 11:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini isə 26.09.2019 11:00 tarixinə qədər https://www.etender.gov.az/ portali vastəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 27.09.2019 12:30 tarixində açılacaqdır.

Bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılacaq.

 

 

Bütün xəbərlər