Azərbaycanın sığorta bazarı 8% kiçilib

14:07 - 29.08.2019


29 avqust, Fineko/abc.az. Vergi sahəsində aparılmış islahatlar nəticəsində həyat yaşam sığortası üzrə sığorta haqlarının azalmasına baxmayaraq, qeyri-həyat sığortası üzrə həm könüllü, həm də icbari sığorta növlərində artım müşahidə edilib.

2019-cu ilin yanvar-iyul aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 422.9 mln. manat məbləğində sığorta haqları toplanıb, 154.6 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

Bu, barədə məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta bazarındakı son vəziyyət barədə açıqladığı hesabatda qeyd olunub.

Hesabata əsasən, 2018-ci ilin yanvar-iyul ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 459.9 mln. manat məbləğində sığorta haqları toplanmış, 145.9 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilmişdi. Bu isə onu göstərir ki, Azərbaycanın sığorta bazarı 8% kiçilib.

 

 

Bütün xəbərlər