330x110
 

“Azərbaycan Dəmir Yolları” tender elan edir

29.08.2019,16:58


29 avqust, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC Bakı - Böyük Kəsik dəmir yolu dəhlizi boyunca hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə dəmir yol keçidlərinin və kəsişmələrinin (avtomobil yolu, piyada və mal-qara) tədqiqi, qiymətləndirilməsi və işçi layihələndirilməsi üzrə məsləhətçi şirkət seçir.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri  09.09.2019 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 25.09.2019 18:00 qədər təqdim etməlidirlər.  İddiaçıların təkliflərinin açılışı 26.09.2019 17:00 tarixində  aparılacaqdır.

Əlaqələndirici şəxs : Ceyhun Şirməmmədov

Ünvan: Bakı ş., Dilarə Əliyeva küç. 230 (otaq 163)

Telefon: (+99412) 499-63-95