Tibbi sığorta ödənişlərində ciddi azalma müşahidə olunur

10:55 - 30.08.2019


30 avqust, Fineko/abc.az. Azərbaycanda tibbi sığorta üzrə toplanan sığorta haqları çoxalsa da, ödənişlər azalıb.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasındakı rəqəmlər belə deməyə əsas verir.

Belə ki,  2019-cu ilin 7 ayında könüllü tibbi sığorta üzrə 67 milyon 851 min manat sığorta haqları toplandığı halda, sığorta ödənişləri cəmisi 30 milyon 199 min manat olub.

Qeyd edək ki, ötən ilin analoji dövründə tibbi sığorta üzrə 58 milyon 286 min manat sığorta haqları toplanmış, 35 milyon 357 min manat sığorta ödənişləri həyata keçirilmişdi. Beləliklə, ötən ilin yanvar-iyul dövrü ilə müqayisədə 2019-cu ilin yanvar - iyul dövründə toplanan sığorta haqları 9 milyon 565 min manat və ya 16,4% artıb, sığorta ödənişləri isə 5 milyon 158 min manat və ya 17% azalıb.

 

Bütün xəbərlər