330x110
 

Azərbaycanda kredit kartlarının sayı artıb

30.08.2019,15:34


30 avqust, Fineko/abc.az. 2019-cu ilin iyul ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 132 min ədəd təşkil edib.

Bu barədə Mərkəzi Bankın açıqladığı statistik məlumatlarda qeyd olunub.

Açıqlanan statistik məlumatlarda vurğulanır ki, iyun ayının sonu ilə müqayisədə iyulda cəmi ödəniş kartlarının sayı 121 min ədəd artıb.

Artım Yanvarda 39 min ədəd, Fevralda 74 min ədəd, Martda 0 ədəd, Apreldə 97 min ədəd, Mayda 247 min ədəd, İyunda 43 min ədəd təşkil edib.

İyun ayı ilə müqayisədə İyulda sosial kartların sayı 50 min ədəd artaraq 2 milyon 654 min ədədə, əməkhaqqı kartlarının sayı 11 min ədəd artaraq 2 milyon 157 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 79  min ədəd artaraq 1 milyon 542 min ədədə çatıb, kredit kartlarının sayı isə 18 min ədəd azalaraq 779 min ədədə düşüb.