Azərkosmos iyul ayında 6,9 mln. dollar gəlir əldə edib

15:35 - 30.08.2019


30 avqust, Fineko/abc.az. 2019-cu ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə 25,5 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Bu barədə iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin avqust sayında dərc olunub.

Bildirilir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 %-ni təşkil edib.

2019-cu ilin iyul ayında isə “Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,9 milyon dollar dəyərində xidmət ixrac edilib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-iyul aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Malayziya, Birləşmiş Krallıq, BƏƏ-dir.

 

 

Bütün xəbərlər