İyul ayında qeyri-neft sektoru üzrə ixrac 154 mln. dollar təşkil edib

16:20 - 30.08.2019


30 avqust, Fineko/abc.az. 2019-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixrac 154 milyon dollar təşkil edib. 2018-ci ilin iyul ayı ilə müqayisədə 2019-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixrac 32 milyon dollar və ya 26 %  artıb.

Bu barədə “İxrac İcmalı”nın avqust sayında dərc olunub.

Qeyd olunur ki, cari ilin iyul ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (41 milyon dollar), Türkiyəyə (37,9  milyon dollar), İsveçrəyə (14,8 milyon dollar) Gürcüstana (14,7  milyon dollar) və Yunanıstana (6,1 milyon dollar)  ixrac edilib.

2019-cu ilin iyul ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 14,7 milyon dollar) birinci, albalı və gilas (12,5 milyon dollar) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (7,5 milyon dollar)  üçüncü olub.

 

Bütün xəbərlər