330x110
 

Bu il ölkəyə gələn xarici vətəndaşlar kart vasitəsi ilə 725,4 mln. manatlıq əməliyyatlar aparıb

30.08.2019,16:54


30 avqust, Fineko/abc.az.  “İxrac İcmalı”nda məlumat verilib ki, cari ilin yeddi ayında Azərbaycana dünyanın 187 ölkəsindən 1777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4 % çox əcnəbi şəxs gəlib.

Bu ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların sayının 10,6 %  artmasına paralel olaraq onların bank kartları vasitəsi ilə xərcləmələrində də artım müşahidə edilib.

Belə ki, 2019-cu ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 134,6 milyon manat təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 7 % artıb.

Ümumilikdə isə 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  725,4 milyon manat təşkil edib.