TuranBankın Gəncə filialı iş rejimini dəyişdi

09:53 - 2.09.2019


2 sentyabr, Fineko/abc.az.  TuranBankın Gəncə filialı 21:00-dək fəaliyyət göstərəcək.

İş saatlarında bank xidmətlərindən istifadə edə bilməyən vətəndaşların ehtiyaclarını nəzərə alaraq TuranBankın Gəncə şəhəri, Cavadxan küçəsi, 24 ünvanında yerləşən Gəncə filialının iş rejimi 3 saat uzadıldı.

Yeni iş rejiminə əsasən filial iş günləri 09:00–17:30 saatları aralığında adi iş rejimində, 17:30–09:00 saatları aralığında isə məhdud iş rejimində fəaliyyət göstərəcək. Məhdud iş rejimində (saat 17:30–09:00) filialda təqdim ediləcək xidmətlərə- valyuta mübadiləsi, sürətli pul köçürmələri, kommunal ödənişləri, kredit ödənişləri (mədaxil), cari hesaba mədaxil, pos-terminal əməliyyatları, plastik kartların təhvil verilməsi kimi əməliyyatlar daxildir. 

Əlavə məlumat üçün TuranBankın “935” Məlumat Mərkəzi və ya 050 268 72 22 Whastapp nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Bank və bank məhsullarına aid bütün yeniliklər haqqında TuranBank-ın rəsmi veb səhifəsi və ya sosial şəbəkələrini izləyərək məlumat ala bilərsiniz.

Instagram - @turanbank

 Facebook - @TuranBankASC

 Linkedin - @TuranBank

Bütün xəbərlər