330x110
 

Neft avqust ayında azaldıqdan sonra ucuzlaşmağa davam edir, Azeri Light 2% azalıb

02.09.2019,10:08


2 sentyabr, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,29 ABŞ dolları və yaxud 2,03% azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,20 dollar təşkil edib.

Cümə günü düşdükdən sonra neftin qiymətləri bazar ertəsi günü azalmağa davam edir. Avqust ayında Brent 7,3%, WTI isə 5,9% ucuzlaşıb.

Avqustun 30-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in noyabr fyuçersi $1,24 (2,05%) ucuzlaşaraq $59,25 təşkil etmişdir. Bazar ertəsi günü “Brent”in noyabr fyuçers qiyməti saat 9:25-də  $0,25 (0,42%) azalaraq $59,00 /barelə təşkil edib.

NYMEX birjasında avqustun 30-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $1,61 (2,84%) azalaraq $55,10 təşkil etmişdir.  WTI markalı neftin oktyabr fyuçersi qiyməti cümə günü saat 9:25-də $0,03 (0,05%) enərək $56,13 / barelə təşkil etmişdir.