Bankların təklif etdikləri kreditlər üzrə faiz dərəcələri yüksəkdir – Ekspertdən özəl açıqlama

10:19 - 2.09.2019


2 sentyabr, Fineko/abc.az. Bir müddətdir ki, artıq bank sektorunda müsbət meyillər müşahidə edilir.

Bunu ABC.AZ saytına açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

O qeyd edib ki, problemli kreditlərin həll olunması bank sektoruna şübhəsiz ki, əlavə dinamika verməli idi. Lakin bu, belə qısa müddətdə özünü göstərə bilməz: “Sadəcə olaraq, banklar bu dəfə köhnə səhvlərini təkrar etməməlidirlər. Əsas fəaliyyət yenə də istehlak kreditləri üzərində köklənəcəksə, bank sektorundakı canlanma sabun köpüyü effekti daşıyacaq. Odur ki, buna yol verilməməlidir. Bundan əlavə, bankların təklif etdikləri kreditlər üzrə faiz dərəcələri yüksəkdir.  Bu vəziyyət təəssüf ki, dəyişməz olaraq qalır. Açıq deyim: ölkəmizdə banklar kreditləşdirmə fəaliyyəti ilə deyil, sələmçiliklə məşğul olublar və məşğul olmaqda da davam etmək istəyirlər. Ümumiyyətlə, bankların canlanması üçün real sektor da inkişaf etməlidir. Bunsuz mümkün deyil. Burada risk səviyyəsi olduqca yüksəkdir. Hesab edirəm ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər biunu tədricən aradan götürməyə imkan verəcək. Odur ki, bank sektorunun sağlam inkişafı yalnız, bununla bərabər mümkündür”.

 

 

Bütün xəbərlər