Oktyabrda 27 dövlət əmlakı hərraca çıxarılacaq

14:43 - 2.09.2019


2 sentyabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərracı 01 oktyabr tarixində keçirəcək. Hərraca ümumilikdə 27 dövlət əmlakı çıxarılıb. Onlardan 22-si səhmdar cəmiyyəti, 5-i nəqliyyat vasitəsi və müxtəlif çeşidli avadanlıqlardır.

Komitədən verilən məlumata görə, hərraca çıxarılan iri müəssisələrdən biri Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsindəki “Şəmkir” ASC-dir. Ümumi nizamnamə kapitalının 30%-lik həcmində səhm paketi  özəlləşdiriləcək dövlət əmlakının ərazisində inzibati bina, müxtəlif təyinatlı anbarlar, qazanxana və digər binalar var.

Qeyd olunur ki, özəlləşdirməyə çıxarılmış bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və hərraclara qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

 

Bütün xəbərlər