2019-cu ilin iyul ayı ilə müqayisədə, avqust ayında SOFAZ 87,5% çox valyuta satdı

12:18 - 3.09.2019


3 sentyabr, Fineko/abc.az.  Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) yerli bazarda xarici valyutanın satışının şəffaflığını qoruyur.

SOFAZ-ın məlumatına görə, 2019-cu ilin avqustunda hərraclarda $815,4 mln. həcmində valyuta satıb ki, bu da iyuldan $380,5 mln (87,5%) çoxdur.

İyul ayında 2019-cu ildə SOFAZ valyuta hərraclarında $434,9 mln, iyun ayında$315,9 mln, may ayında $352,4 mln, apreldə $423,7 mln, martda $600,5 mln, fevralda $316,2 mln və yanvarda $634,9 mln satıb.

2019 - cu ilin səkkiz ayı ərzində SOFAZ valyuta hərraclarında 3893,9 mln. dollar satıb - bütün 2018 il ərzində 6460,4 mln., 2017-ci ildə isə - $3597,8 mln. dollar satıb.

 

Bütün xəbərlər