Türk Lirəsinin “taleyi” necə olacaq?

12:29 - 3.09.2019


3 sentyabr, Fineko/abc.az. Bu gün Türkiyədə lirənin taleyi həll olunacaq. Belə ki, Türkiyədə avqust ayı inflyasiya göstəricilərinin açıqlanacağı gözlənilir. Ekspertlər hesab edir ki, göstəricilər açıqlanandan sonra dollar/türk lirəsi (TL) məzənnəsində dalğalanma müşahidə oluna bilər. Analitiklırin fikrincə, bir sıra amillər Türkiyə lirəsinə mənfi təsir edir. Bunlardan ən başlıcası ABŞ-Çin ticarət müharibəsi və müqaviləsiz Brexit ehtimalının yaratdığı qlobal riskdən qaçış təzyiqidir.

Türkiyədə avqust ayı inflyasiya göstəriciləri Bakı vaxtı ilə saat 11:00-da açıqlanacaq.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 09:20-də Dollar/Türk Lirəsi məzənnəsi 5.8073 səviyyəsində olub.

 

Bütün xəbərlər