330x110
 

“Bakı Sığorta”-nın sığorta haqları da azalıb

03.09.2019,15:21


3 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz “Bakı Sığorta” şirkəti bu ilin yanvar-iyun ayı üçün maliyyə vəziyyətini açıqlayıb.

Məlum olub ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə bu il toplanan sığorta haqları 581 min manatdan 522 min manata düşüb, sığorta ödənişləri isə eyni səviyyədə qalıb (135 min manat).

 Bununla yanaşı ötən ilin birinci yarısında “Bakı Sığorta”nın investisiya gəlirləri 359 min manat ikən, bu ilin eyni dövründə 399 min manat təşkil edib.