AZPROMO iş adamlarına müraciət edir

16:34 - 3.09.2019


3 sentyabr, Fineko/abc.az. Cari ilin oktyabrın 9-11-də Tehran şəhərində “İslam ölkələrinin IV beynəlxalq səhiyyə konqresi” keçiriləcək. Konqres çərçivəsində bu il təşkil ediləcək tədbirdə panel mövzuları, sağlamlıq, idman turizmi, ənənəvi tibb, sağlam qida və tibbi avadanlıqlar sahəsində görüşlər və müzakirələr olacaq.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat verib.

AZPROMO azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamlarını konqresdə iştirak etməyə dəvət edir.

 

Bütün xəbərlər