Sahibkarlara “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda seminar keçiriləcək

17:34 - 3.09.2019


3 sentyabr, Fineko/abc.az. Sentyabrın 13-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) birgə təşkilatçılığı ilə mikro və kiçik sahibkarlıq subyektlərinin rəhbərləri üçün “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda növbəti seminar keçiriləcək.

Bu barədə KOBİA məlumat verir.

Tədbirin təşkilində məqsəd KOB subyektləri arasında müasir dövrün tələblərinə uyğun innovativ sahiblik düşüncə tərzinin inkişaf etdirilməsi, alternativ maliyyə mənbələri, onların üstünlükləri, müvafiq resurslara çıxış imkanları və bu sahədə beynəlxalq təcrübə barədə sahibkarların məlumatlandırılmasıdır.

Seminarda iştirak etmək istəyən sahibkarlardan müvafiq məlumatları mövzu yerinə “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” seminarı" yazmaqla Agentliyin “[email protected]” e-mail ünvanına göndərmələri xahiş olunur.

 

Bütün xəbərlər