Bu gün bir neçə rayonda qaz təchizatı dayandırılacaq

10:15 - 4.09.2019


4 sentyabr, Fineko/abc.az. Bu gün saat 10:00-dan işlər başa çatanadək ölkənin bir neçə yerində qaz təchizatında dayandırmalar tətbiq olunacaq.

Bu barədə “Azəriqaz” İB məlumat verir.

Bildirilir ki, mövsümü işlərin icra olunması ilə bağlı Beyləqan rayonunun bir neçə kənd və qəsəbəsində, qaz xətlərində birləşdirmə işlərinin görülməsi ilə bağlı Abşeron rayonunun Müşviqabad və 28 May qəsəbələrində, Qaz İxrac İdarəsinin ölçü qovşaqlarında quraşdırma işləri ilə əlaqədar Hacıqabul və Şirvan rayonlarının bir qrup abonentinin qaz təchizatında fasilələr yaranacaq.

 

Bütün xəbərlər