BOKT-lara da banklar kimi tələblər qoyulursa, onlar arasında fərq niyə qoyulur? – Ekspertdən ETİRAZ

14:01 - 4.09.2019


4 sentyabr, Fineko/abc.az. İyunun sonunda Milli Məclis birinci oxunuşda “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Qanun layihəsini (http://www.meclis.gov.az/?/az/law/2293/1) qəbul edib.

Layihə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən əsasən Kosovo, Tacikistan, Türkiyə, Latın Amerikası, Asiya və Afrika ölkələrinin təcrübəsi əsasında hazırlanıb.

Abc.az xəbər verir ki, bunu hüquqşünas-ekspert Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, layihə faktiki olaraq tənzimləmə və nəzarət baxımından bank olmayan kredit təşkilatlarını (BOKT) banklara bərabər tutur. "Belə ki, banklarda olduğu kimi BOKT-lara da aşağıdakı tələblər müəyyən edilir: 1) kapital; 2) təsisçiliyə kəmiyyət və keyifiyyət tələbləri; 3) inzibatçılara dair tələblər (o cümlədən attestasiya tələbi); 4) əlavə prudensial tələblər (leverec əmsalı və s.); 5) Palata tərəfindən sərt təsir və nəzarət tədbirləri və s. Həmçinin, BOKT-ların ləğvi də bütövlükdə Palatanın nəzarətinə verilir.

Bütövlükdə BOKT-lar üzərində nəzarətin gücləndirilməsinin özündə pis bir şey yoxdur. Lakin bu zaman başa düşmək lazımdır nəyi və nəyə görə edirik. BOKT-lara da banklar kimi tələblər qoyulursa, onlar arasında fərq niyə qoyulur? Nəzarət güclənirsə, BOKT-lara əlavə səlahiyyətlər verilirmi? Xeyr. Layihədən görünür ki, BOKT-ların fəaliyyət çərçivəsi əvvəlki kimi qalır, amma onlara dair tələb və nəzarət sərtləşdirilir. Üstəlik BOKT-lar haqqında Qanunun mövcud bütün qüsur və ziddiyyətləri də yerində qalır".

 

 

Bütün xəbərlər