Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib

16:21 - 4.09.2019


4 sentyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyevlə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə ölkəmizin TDƏŞ-ə üzv ölkələrlə ticarət əlaqələrinin genişləndiyini diqqətə çatdıran İqtisadiyyat naziri 2018-ci ildə ticarət dövriyyəsinin 29 %, bu ilin yanvar-iyul ayı ərzində isə 32 % artdığını bildirib. Həmçinin nazir Azərbaycanın Qazaxıstanın Nur-Sultan şəhərində də Azərbaycan Ticarət Evinin açılacağını diqqətə çatdırıb.

Görüşdə TDƏŞ çərçivəsində iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları, Sənaye-Ticarət Palatasının, Birgə İnvestisiya Fondunun yaradılması, TDƏŞ-in 2019-cu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək VII Zirvə Toplantısı və bu tədbir çərçivəsində biznes-forumun təşkili barədə müzakirələr aparılıb.

 

Bütün xəbərlər