Ötən günkü qiymət artımından sonra neftin qiyməti sabitləşdi

10:21 - 5.09.2019


5 sentyabr, Fineko/abc.az. Çərşənbə günü keçirlən sessiyanın yekunları üzrə, çümə axşamı günü qeyd edilən, iki ay ərzində maksimal sıçrayışdan sonra neft qiymətləri sabitdir.

Neft bazarına, çərşənbə günü ABŞ-ın İrana qarşı yeni sanksiyaları, həmçinin Rusiyanın energetika naziri Aleksandr Novakın sentyabrda neft hasilatını OPEC + razılaşmasının təyin etdiyi səviyyəyə endirəcəyini bəyan etməsi də təkan olub.

Sentyabrın 4-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in noyabr fyuçersi $2,44 (4,19%) bahalaşaraq $60,70 təşkil etmişdir. Cümə axşamı günü “Brent”in noyabr fyuçers qiyməti saat 9:10-da  $0,02 (0,03%) enərək $60,68 /barelə təşkil edib.

NYMEX birjasında sentyabrın 4-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $2,32 (4,3%) artaraq $56,26 təşkil etmişdir.  WTI markalı neftin oktyabr fyuçersi qiyməti cümə axşamı günü saat 9:20-də 0,07 (0,12%) azalaraq $56,19 / barelə təşkil etmişdir.

 

Bütün xəbərlər