330x110
 

Azərbycanda 4 milyon nizamnamə kapitalı olan şirkət bağlandı

05.09.2019,12:15


5 sentyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən iki şirkət birləşdiyini elan edib. Abc.az xəbər verir ki, bu barədə “Vergilər” qəzetində elan yerlədirilib.

Belə ki, "Enga Mart" MMC fəaliyyətinə xitam verilərək “ŞƏMKİR AQROPARK” MMC (VÖEN: 8501038741) qoşulduğunu elan edib. Bununla da “ŞƏMKİR AQROPARK” MMC “ENGA MART” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini bildirib.

Qeyd edək ki, 4 milyon 930 min 938 manat nizamnamə kapitalına malik olan "ENGA MART"  2014-cü ildə yaradılmışdı. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm ev 9-dur.

14 milyon 501 min 820.87 manat nizamnamə kapitalına malik olan “ŞƏMKİR AQROPARK” MMC də 2014-cü ildə yaradılıb. Bu şirkətin hüquqi ünvanı Şəmkir şəhəri, Heydər Əliyev prospekti, ev 17-dir.