İlham Əliyev Bakıda "Şimal-2" elektrik stansiyasının istifadəyə verilməsi mərasimində iştirak etdi

13:04 - 5.09.2019


5 sentyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı günü Bakıda "Şimal-2" elektrik stansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib.

"Şimal" DRES-də ikinci buxar-qaz qurğusunun (Şimal-2) tikintisi Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (YABMS) 29 280 mln. yapon yen (275 mln. dollardan çox) həcmində krediti hesabına həyata keçirilib. Kredit Azərbaycana 40 il müddətinə 10 illik güzəşt müddəti ilə 0,75% faiz dərəcəsi ilə verilib. Layihənin ümumi dəyəri 330 milyon dollardan çox təşkil edir.

Layihə 409 MVt gücündə buxar-qaz qurğusunun tikintisini, 220 kV-luq 107 km uzunluğunda ikidövbəli ötürücü xəttin çəkilməsini, həmçinin ötürücü xətlərin və yarımstansiyaların yenidən qurulmasını nəzərdə tutur. Tikinti Yaponiyanın Toyo Engineering Corporation şirkəti tərəfindən həyata keçirilir.

"Şimal" DRES-də "Mitsui/Mitsubishi" Alyansının YABMS-in kreditinə qurduğu 400 MVt gücündə bir BQQ fəaliyyət göstərir.

“Azərenerji”nin hesablamalarına görə, "Şimal" və "Şimal-2" BQQ-in birgə istismarı hesabına elektrik enerjisi hasilatının ümumi həcmi elektrik stansiyası tərəfindən ildə 5,7 mlrd.kVt/saat təşkil edəcək.

 

Bütün xəbərlər