Şahin Mustafayev AYİB nümayəndələri ilə müzakirələr aparıb

15:04 - 5.09.2019


5 sentyabr, Fineko/abc.az.  İqtisadiyyat naziri Şahin Mustafayev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone ilə görüşüb.

Görüşdə Şahin Mustafayev Bankın Azərbaycanda infrastruktur layihələrinin reallaşdırılmasına və özəl sektorun inkişafına göstərdiyi dəstəyi, enerji, infrastruktur, nəqliyyat sahələrində müxtəlif layihələri maliyyələşdirdiyini, banklara kredit xətti açdığını, özəl şirkətlərə birbaşa kredit ayırdığını vurğulayıb. Qeyd edilib ki, Cənub Qaz Dəhlizi layihəsinin, avtomobil yollarının tikintisi layihələrinin AYİB tərəfindən dəstəklənməsi mühüm əhəmiyyət daşıyır.

Görüşdə 2019-cu ilin noyabrında Londonda keçiriləcək Şərq Tərəfdaşlığı üzrə İnvestisiya Forumu, kiçik və orta biznes sahəsində əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə Azərbaycanın AYİB-in Texniki Əməkdaşlıq Fonduna qoşulması, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə AYİB arasında əməkdaşlıq, iqtisadiyyatın müxtəlif sahələri üzrə layihələrin maliyyələşdirilməsi məsələləri müzakirə olunub.

 

 

Bütün xəbərlər