330x110
 

Həyat sığortada yığımların azalacağı proqnozu təsdiqini tapır – Ekspertdən açıqlama

05.09.2019,15:07


5 sentyabr, Fineko/abc.az.  İlin əvvəlindən sığorta mütəxəssislərinin vergilər məcəlləsinə edilən dəyişiklərlə bağlı sosial ödənişlərin çoxalacağı və sığorta bazarında həyat sığorta növünün yığımlarının azalacağı proqnozu özünü doğrultmağa başlayıb.

Bunu Abc.az-a açıqlamasında sığorta eksperti İlkin İbrahimov deyib.

Onun sözlərinə görə, buna baxmayaraq digər sığorta məhsullarında artımın olması gələcəyə ümidli baxmağa əsas verir. Eskpert hesab edir ki, bu 2019-cu il sığorta yığımları və məhsulları baxımından gələcəyə yönələn addımların təməli kimi yadda qalacaq: “Belə ki, Aqrar sığorta və İcbari tibbi sığortanın tətbiqinə hazırlıq və qanunvericikik bazası məhz bu il formalaşdı. Tətbiqi gələn ilin yanvarın 1-nə planlaşdırılır. Heç şübhəsiz ki, gələn ilin populyar sığorta növü İcbari Tibbi Sığorta olacaq. Ən azı ona görə ki, 1998-ci ildən dövlətin sosial sahədə ən böyük layihəsi sayılan və illərdir qanunvericilik bazasını və tətbiqi mexanizmini ölkə boyu yaymağa çalışmaq istədiyi bu məhsul 2020-ci ildə bütün rüspublikanı əhatə edəcək. Digər bir növ isə Aqrar sığortadır. Qeyd etmək istərdim ki, bu il ötən illə nisbətdə az sığorta yığımı olsa da növbəti il fantastik dərəcədə yığım müşahidə edəcəyik”.