Bu gün bir sıra rayonlarda qaz təchizatı dayandırırlacaq

11:47 - 6.09.2019


6 sentyabr, Fineko/abc.az. Bu gün səhər saat 09:00-dan 18:00-dək aşkar edilmiş qaz sızmalarının ləğvi məqsədilə Gəncə şəhərinin bir hissəsi, Göygöl və Samux rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılıb.

Bu barədə “Azəriqaz” İb məlumat verir.

Həmçinin xəbər verilir ki,  saat 09:00-dan etibarən işlər başa çatanadək Xəzər rayonu, Mərdəkan Bağlar yaşayış sahəsi, Mərdəkan yeni yaşayış massivi, “Stansiya Qala” adlanan yerdə də qaz verilişində fasilələr yaranacaq. Bu zaman “Qaz İxrac” İdarəsinin “Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərinin bir hissəsi dayaqlar üzərinə qaldırılacaq.

 

Bütün xəbərlər