Səkkiz ayda qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi 10 mlrd. manatı ötüb

12:27 - 6.09.2019


6 sentyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) bu ilin səkkiz ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10 milyard 22 milyon 897 min 272 manat təşkil edib.

Bu barədə BFB məlumat verir.

Qeyd edilir ki, 2018-ci ilin müvafiq dövrü üzrə əməliyyatların həcmi 9 milyard 643 milyon 471 min 293 manat olub. Nəticə olaraq, hesabat dövründə qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmində ötən ilin səkkiz ayına nəzərən 4 faiz artım qeydə alınıb.

Avqust ayına Bakı Fond Birjasının kapitalizasiyası 3 milyard 373 milyon 630 min 765,59 manat təşkil edib. Ümumilikdə, birjanın kapitalizasiyası keçən aya nisbətən 0,04 faiz artıb.

Hesabat dövründə dövlət qiymətli kağızları 8 milyard 531 milyon 919 min 868 manat, korporativ qiymətli kağızlar 746 milyon 683 min 838 manat, repo əməliyyatları 744 milyon 293 min 566 manat təşkil edib.

Bütün xəbərlər