Sentyabrın 9-da keçiriləcək depozit hərracında AMB 100 milyon manat cəlb etməyi planlaşdırır

12:33 - 6.09.2019


6 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

“AMB sentyabrın 9-da keçiriləcək depozit hərracında 100 milyon manat məbləğində vəsaitin 14 gün müddətinə cəlb edilməsini planlaşdırır”, - AMB-in məlumatında belə deyilir.

Bundan əvvəl, sentyabrın 2-də keçirilmiş hərracda AMB 150 mln manat cəlb etmişdi.

Cəlb edilən vəsaitlər üzrə faiz dəhlizi  6,26% - 8,24% səviyyəsində müəyyən edilib.

AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirilir.

 

Bütün xəbərlər