330x110
 

“Standard İnsurance”-ın sığorta yığımları 2 milyon manata yaxın azalıb – Şirkətdə nələr baş verir?

06.09.2019,14:46


6 sentyabr, Fineko/abc.az. “Standard İnsurance” şirkətinin sığorta yığımları kəskin azalıb. Abc.az xəbər verir ki, bu barədə məlumat Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2019-cu ilin yanvar-iyul ayları üzrə sığorta şirkətlərinin açıqladığı hesabatda qeyd olunub.

 Hesabata əsasən, bu ilin yanvar-iyul ayları ərzində “Standard İnsurance” şirkətinin sığorta yığımları 7 mln. 157 min manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1 mln. 550 min manat və ya 17,8% azdır.  

Bu arada onu da qeyd edək ki, son zamanlar adıçəkilən şirkət ətrafında narazılıqlar durulmur. Belə ki, bir çox vətəndaşlar “Standard İnsurance” şirkətindən sığorta ödənişlərini ala bilmədiyini iddia edərək, şirkətdən şikayət ediblər. Şirkətlər bağlı daha bir şikayət isə tanınmış sığorta eksperti İlkin İbrahimlidən gəlib. O, da qeyd edib ki, “Standard İnsurance”-da müştəri məmnuniyyəti üçün xidmət çox zəifdir və get-gedə də mənfiyə doğru gedir.

Müəllif: Elmir Murad

Açar sözlər: Standard İnsurance