330x110
 

Bu gün bir neçə rayonda qaz təchizatı dayandırılacaq

09.09.2019,10:29


9 sentyabr, Fineko/abc.az. “Azəriqaz” İB-nin məlumatına görə, bu gün səhər saat 09:00-dan Qaradağ rayonu, Qobustan qəsəbəsində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb. Bu müddət ərzində qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.

Bundan başqa təmir bərpa işlərinin yerinə yetirilməsi ilə əlaqədar saat 10:00-dan Sabunçu rayonunun Zabrat qəsəbəsində, saat 10:00-dan 16:00-dək isə Qazax rayonunun bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq. Həmçinin saat 10:00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsi də təmir işləri həyata keçirdiyindən Xətai rayonunun bir neçə prospekt və küçələrində qaz fasilələrlə veriləcək.