Azərbaycan məhsulları “Worldfood 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq

11:15 - 9.09.2019


9 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin məlumatına əsasən,  “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların ixracının genişləndirilməsi məqsədi ilə Azərbaycan məhsulları 24-27 sentyabrda Moskva şəhərində təşkil edilcək “Worldfood 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycan artıq 3-cü ildir ki, ənənəvi olaraq “Worldfood 2019” sərgisində tərəfdaş ölkə kimi iştirak edəcək.

Sərgidə müsabiqə yolu ilə müəyyən olunmuş 33 Azərbaycan şirkəti öz məhsullarını  “Made in Azerbaijan” vahid ölkə stendində  nümayiş etdirəcək.

 

Bütün xəbərlər