Dünya Bankı Azərbaycandakı vergi islahatlarına texniki dəstək göstərəcək

16:27 - 9.09.2019


9 sentyabr, Fineko/abc.az. Bu gün Dünya Bankının vergi islahatlarına dəstək üzrə texniki yardım missiyası Bakıya gəlib.

Missiyaya Bankın daxili resursların mobilləşdiriməsi üzrə qlobal lideri Raul Feliks Xinquera-Varelanın (Raul Félix Junquera-Varela) rəhbərlik edir.

Sentyabrın 13-dək davam edəcək səfər çərçivəsində missiya Azərbaycan Vergilər Nazirliyində bir sıra görüşlər keçirəcək. Bu görüşlərdə İspaniyalı mütəxəssis DB-nin vergi islahatları ilə bağlı digər ölkələrdə olan təcrübəsini bölüşəcək.

        © Report.az

Bütün xəbərlər