330x110
 

AİB suvarma sahəsində Azərbaycanla əməkdaşlıq edəcək

09.09.2019,16:52


9 sentyabr, Fineko/abc.az. "Asiya İnkişaf Bankı (AİB) suvarma sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir".

Bu barədə  AİB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov bildirib.

O, müxtəlif sahələrdə tərəfdaşlığın inkişafından razı qaldıqlarını söyləyərək başqa sahələrdə əməkdaşlıq edərkən hazırda əldə olunması çətin, yaxud geniş tətbiq olunmayan yüksək texnologiyaların və səmərəli yeniliklərin tətbiqi kimi hökumətin göstərdiyi başlıca istiqamətləri nəzərə alacaqlarını deyib.

N. Mannapbekov yüksək texnologiyalar və yeniliklər tətbiq etməklə təhsil, şəhər infrastrukturunun planlama və idarəçiliyi kimi sahələrdə də hökumətlə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını vurğulayıb.

Qeyd edək ki, 1999-cu il dekabrın 22-dən üzvlüyə qəbul olunmuş Azərbaycan ötən dövrdə 80-dən çox layihəyə kredit, zəmanət, texniki dəstək qrantları qismində ADB tərəfindən 5 milyard dollara yaxın vəsait alıb.

 

© Report.az