Neftin qiymətləri artmaqda davam edir

09:55 - 10.09.2019


10 sentyabr, Fineko/abc.az. Dow Jones məlumatına əsasən, neftin Brent и WTI markaları bazar ertəsi günü keçirilən ticarəti, 31 iyul tarixindən etibarən ən yüksək səviyyədə bitirmişdir.

Sentyabrın 9-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in noyabr fyuçersi $1,05 (1,71%) yüksələrək $62,59  təşkil etmişdir. Çərşənbə axşamı günü “Brent”in noyabr fyuçers qiyməti saat 9:10-da  $0,21 (0,34%) qalxaraq $62,80 /barelə təşkil edib.

NYMEX birjasında sentyabrın 9-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $1,33 (2,35%) artaraq $57,85 təşkil etmişdir.  WTI markalı neftin oktyabr fyuçersi qiyməti çərşənbə axşamı günü saat 9:10-da $0,25 (0,43%) artaraq $58,10 / barelə təşkil etmişdir.

 

Bütün xəbərlər