330x110
 

Bu gün bir neçə rayonda qaz təchizatı dayandırılacaq

10.09.2019,10:19


10 sentyabr, Fineko/abc.az. “Azəriqaz” İB-nin məlumatına əsasən, səhər saat 12:00-dan etibarən “Zabrat-əhali” orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Qeyd olunur ki, gün ərzində “Zabrat-2”, Bilgəh qəsəbələri, eləcə də Şəmkir rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində də qazın verilişində qısamüddətli fasilələr müşahidə olunacaq.