Visa Token xidmətinin ölkəmizdə tətbiqi rəqəmsal ödənişlərin inkişafında yeni bir mərhələ olacaq

11:38 - 10.09.2019


10 sentyabr, Fineko/abc.az. “Bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üzrə tənzimləmə mexanizminin təkmilləşdirilməsi, rəqəmsal ödənişlərin inkişafı və bu sahədə innovativ ödəniş həllərinin tətbiqi, məsafəli bank xidmətlərinin inkişafı istiqamətində həyata keçirilən layihələr "Visa İnc" beynəlxalq kart şirkəti ilə əməkdaşlığımızı daha da genişləndirəcək.”

Bunu bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası ilə "Visa İnc."-lə birgə keçirilən tədbirdə Palatanın bazarların infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov qeyd edib.

Onun sözlərinə görə, Visa Token xidmətinin ölkəmizdə tətbiqi rəqəmsal ödənişlərin inkişafında yeni bir mərhələ olacaq və bu gunki tədbir bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Visa Token xidməti nağdsız ödənişlərin ödəniş kartları ilə yanaşı, müxtəlif vasitələr o cümlədən mobil telefonlar vasitəsilə həyata keçirilməsinə, ödəniş kartları ilə aparılan əməliyyatlarda məlumatların emalı üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə gətirib çıxaracaq deyən qurum rəsmisi bildirdi ki, bu daha innovativ həllərin tətbiqinə imkan verəcək.

Qeyd edək ki, tədbir çərçivəsində Palata ilə "Visa İnc" beynəlxalq kart təşkilatı arasında daha öncə imzalanmış Anlaşma Memorandomu tərəflər arasında dəyişdirilib.

 

Bütün xəbərlər